Bu ilin yanvar-aprel aylarında Azərbaycan 24,6 milyon ABŞ dolları dəyərində 67 min 202 ton kartof (toxumluq kartofdan başqa) idxal edib.
Aktual.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 15 % , kəmiyyət olaraq – 19 % azdır.
Hesabat dövründə Azərbaycan İrandan 8,85 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 19 dəfə çoxdur) 24 min 548 ton (+14 dəfə), Türkiyədən 8,6 milyon ABŞ dolları dəyərində (-46 %) 23 min 696 ton (-51 %), Gürcüstandan 3 milyon ABŞ dolları dəyərində (-55 %) 8 min 227 ton (-56 %), Rusiyadan 1,5 milyon ABŞ dolları dəyərində (+33 dəfə) 3 min 987 ton (+22 dəfə), Belarusdan 1,2 milyon ABŞ dolları dəyərində (+197 dəfə) 3 min 184 ton (+159 dəfə) məhsul alıb.
2025-ci ildə Azərbaycana idxal edilmiş 131,34 min ton kartofun 46 %-i Türkiyənin, 17 %-i Gürcüstanın payına düşüb.
Xəbər 70 dəfə oxunub.