Aygün Bəylər vəfat etdi - Nazirlik

Aygün Bəylər vəfat etdi - Nazirlik

Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümbətova Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib.
Aktual.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, bundan öncə əməkdar artistin vəfat etdiyi barədə xəbər yayılsa da, Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova məlumatı təkzib etmiş, sənətçinin saat 22:50-də Ankara-Bakı reysi ilə Vətənə gətiriləcəyini bildirmişdi. Buna baxmayaraq, onun süni tənəffüs aparatına qoşulduğu da təsdiqlənmişdi.
Aygün Bəylərin həkimi, Milli Onkologiya Mərkəzinin kimyaterapevti Anar Məmmədov isə əməkdar artistin Bakıya çatan kimi xəstəxanaya yerləşdiriləcəyini və onun müalicəsinə başlanılacağını demişdi.
Aygün Hümmətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub. İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb.
1988-ci ildə yaradılan Azərbaycan Dövlət Uşaq Filarmoniyasına həmin il – 13 yaşında qəbul edilib. Peşəkar səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edir.
1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayıb.
1998-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olan Aygün Bəylər görkəmli sənətkarlar Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev, Elxan Müzəffərov, eləcədə Alim Qasımovdan dərs alıb.
2002-ci ildə "əməkdar artist” fəxri adına layiq görülüb.
2005-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən beynəlxalq folklor festivalında birinci mükafata layiq görülüb.
Fransa, İspaniya, Mərakeş, ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Yunanıstan, Hollandiya, Almaniya, Cənubi Koreya, İsveç, Danimarka və s. ölkələrdə solo konsertlər verib.
A.Bəylər həmçinin "Qış nağılı. I film” (2002), "Qış Nağılı. II film” (2003) və "Bakı bağları. Buzovna” (2007) filmlərində çəkilib.
Xəbər 3245 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR