“AXCP siyasi təşkilatdı, yoxsa özəl mühafizə şirkəti?!”

“AXCP siyasi təşkilatdı, yoxsa özəl mühafizə şirkəti?!”

Əli Kərimli növbəti dəfə "facebook” üzərindən açıqlama yayıb ki, bəs, amandır, qoymayın, yenə ictimai əsaslı mühafizəçimi həbs etdilər. 
Hərgah, adama soran lazım: A bəy, sizin Partiyada mühafizəçidən savayı kimsə yoxdurmu? Ya da sualı daha konkret qoyum: AXCP siyasi təşkilatdı, yoxsa özəl mühafizə şirkəti?
Deyir, 2 ay ərzində 4 mühafizəçim, 3 sürücüm həbsə girib. Demir ha, AXCP üzü, məhz mühafizəçi və sürücü!
Əvvəla, sənin neçə mühafizəçin var ki, hələ onların 4-ü həbs olunub?
İkincisi... 3 sürücü nə idi, ay Əli Kərimli?! Onlar məgər 3 növbəlimi işləyirlər, yoxsa necə?
Nəhayət... Tofiq Yaqublu ilə düzənlədiyin müştərək şoudan, daha doğrusu həmin şounun effektsizliyindən sonra bekarmı qalmısan, təzə "variantlarmı” axtarırsan?
O zaman, sənə bir məsləhət verim: Dünən mətbuatdan oxudum. Bakı Dövlət Sirki səhv etmirəmsə, iyun ayı üçün "işə qəbul” elanı verib. Get, qoşul ora. Ən azından cəhd elə. İnan, alınacaq. Niyəsə əminəm. Əsas da, məşhur "tryuk” nömrəsi var ha – bir həlqədən girib digərindən çıxırsan, sona da 4 dəfə mayallaq aşıb dərhal atın belinə minirsən – bax onu sınaqdan keçir. Sadəcə....öncədən tapşır ki, sənə at əvəzinə uzunqulaq təşkil etsinlər. Vəssalam. Uzağı soruşa bilərlər, niyə? – Cavablandırma. Təfərrüatlara varma. Çünki, heç kimə hesabat vermək məcburiyyətində deyilsən.  
Ayrıca, görsən rəqabət dərindir, o zaman gözbağlayıcı (illüzionist) qabiliyyətindən də danış. Və ehtiyac yaransa, bu istedadını mütləq xırdala. Məsələn, de ki, mən, 30 ildir 5-6 qaraguruhçunu öz yalanlarıma inandıra, ətrafımda saxlaya, bədbəxt edə bilmişəm. Hətta gördün, çox nəm-nüm edirlər, söylədiklərinə şübhə ilə yanaşırlar, apar Fuadı, Seymuru, canlı göstər. 
Nə gizlədim, şəxsən mən Sirk direktorunun yerində olsaydım, elə üçünüzü də birdən işə götürərdim.
İctimai əsasla.
Sadəcə bilmirəm, kimi hansı ştata...


Elşən Musayev,
Demokratik Maarifçilik Partiyasının sədri,
Milli Məclisin deputatı.


Xəbər 400 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR