Bir sıra iri qlobal avtomobil istehsalçıları ABŞ bazarında ən ucuz modellərin satışını dayandırmağı nəzərdən keçirir. Buna səbəb kimi Şimali Amerika ölkələri arasında mövcud ticarət şərtlərinin dəyişməsi ehtimalı göstərilir.
Aktual.az milliaz-a istinadən xəbər verir ki, xüsusilə Nissan, Toyota və Hyundai kimi şirkətlər xəbərdarlıq edirlər ki, əgər ABŞ, Kanada və Meksika arasında tətbiq olunan güzəştli ticarət rejimi zəifləsə və ya ləğv olunsa, bu, ucuz avtomobillərin satışına ciddi təsir göstərəcək.
Məsələ ondadır ki, bu modellərin bir hissəsi ABŞ-də istehsal olunsa da, onların ehtiyat hissələri əsasən qonşu ölkələrdən gətirilir. Yeni tarif siyasəti isə idxal olunan avtomobil hissələrinə əlavə xərclər yaradır ki, bu da büdcə seqmentində olan maşınların satışını daha az sərfəli edir.
Qeyd olunur ki, hazırda ABŞ-də ən münasib qiymətli avtomobillərin böyük hissəsi məhz xarici brendlər tərəfindən təklif olunur. Buna görə də ticarət razılaşmaları ilə bağlı qərarlar bazarda seçimlərin azalmasına və qiymətlərin artmasına səbəb ola bilər.
Xəbər 45 dəfə oxunub.