Avstriyada qatar relslərdən çıxıb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində azı 80 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlar arasında 1 nəfər azyaşlı olduğu qeyd edilir.
İnsident Sankt-Lyoton şəhəri yaxınlığında qeydə alınıb. Qatar bu şəhərlə Mariasel şəhərini birləşdirən dəmir yolu ilə hərəkət edərkən relslərdən çıxıb.
Qəzanın dəqiq səbəbi barədə məlumat verilmir.
Aktual.az
Xəbər 337 dəfə oxunub.