Avropalıların İrana "ayağı açıldı"

Avropalıların İrana
  • DÜNYA

Avropanın bəzi aviaşirkətləri 5 illik fasilədən sonra İrana uçuşları bərpa etməyi planlaşdırır.

Aktual.az Report -a istinadən xəbər verir ki, bu barədə İran Mülki Aviasiya İdarəsinin rəis müavini Məhəmməd Hodakərami məlumat verib.

Onun sözlərinə görə, çərşənbə axşamı Tehrana səfəri zamanı Böyük Britaniyanın "British Airways" aviaşirkətinin nümayəndələri uçuşların bərpasını müzakirə edib. M.Hodakərami onu da qeyd edib ki, "Air France" və KLM artıq İrana uçuşları yenidən həyata keçirməyə hazır olduqlarını bildiriblər.
Xatırladaq ki, Avropa aviaşirkətkəri İranın nüvə proqramı ilə bağlı beynəlxalq sanksiyaların tətbiqindən sonra İrana uçuşları dayandırmışdı.

Eyni zamanda AFP-nin məlumatına görə, bu gün Fransanın aparıcı avtomobil istehsalçılarından olan "Peugeot" da İran bazarına qayıtmaq niyyətində olduğunu bəyan edib. Şirkət 400 milyon avroluq razılaşamaya hazır olduğunu bildirib.

Xəbər 362 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR