Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 7 mart 2023-cü il tarixli 6906 saylı Qərarnaməsi ilə "Beynəlxalq xarakterli təşkilatların qurulması haqqında” Qanun çərçivəsində yaradılan Türkiyə İnternet Media Birliyinin (TİMBİR) II Qurultayı Ankarada keçirilib.

Qurultayda dövlət qurumlarının, media təşkilatlarının, qeyri-hökumət sektorunun rəhbərləri, elm və ictimaiyyət nümayəndələri, həmçinin TİMBİR-in Türkiyə və xarici ölkələrdən olan üzvləri iştirak ediblər.

Qurultayın iştirakçıları arasında TİMBİR Ali Məşvərət Şurasının sədri, Türkiyə Milli Təhlükəsizlik Şurasının sabiq baş katibi Seyfullah Hacımüftüoğlu, AKP 24-cü dönəm millət vəkili Rıfat Sait, Türkiyə Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin şöbə müdiri Fahrettin Kaya, RATEM sədri Vedat Gündoğan, Türkiyə Jurnalistlər Federasiyasının sədri Yılmaz Karaca, EkoAvrasiya Vəqfi başqanı Hikmət Eren, TÜRKSİT sədri Kamal Kurnaz, Beynəlxalq Jurnalistlər Federasiyasının sədri Şakir Gürel, HUDER-in sədri Hasan Oymak, Türk Təhsil Dərnəyinin sədri Selçuk Pehlivanoğlu, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər və TİMBİR İdarə Heyətinin üzvləri yer alıblar.

Qurultayın açılışında çıxış edən TİMBİR Başqanı Dr. Süleyman Basa bildirib ki, birlik qısa müddətdə internet mediasının ortaq platformasına çevrilib. Onun sözlərinə görə, TİMBİR hazırda Türkiyənin 81 vilayətində və dünyanın 26 ölkəsində təmsil olunur.

"TİMBİR bu gün 81 şəhər və 26 ölkədə fəaliyyət göstərir. Yüzlərlə media qurumunu eyni dam altında birləşdirən güclü bir təşkilat qurmuşuq.”

Basa vurğulayıb ki, keçirilən Qurultay yalnız rəhbərliyin müəyyənləşdirilməsi məqsədi daşımır, eyni zamanda son üç ilin fəaliyyətinin qiymətləndirilməsi və gələcək hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
"Bu gün burada sadəcə Qurultay keçirmirik. Eyni zamanda üç illik əməyimizin hesabatını verir, yeni dövrün məqsədlərini birlikdə müəyyənləşdiririk.”
Başqan qeyd edib ki, TİMBİR media etikası, mətbuat azadlığı, dezinformasiyaya qarşı mübarizə, rəqəmsal təhlükəsizlik, müəllif hüquqları, media təhsili və beynəlxalq əməkdaşlıq istiqamətlərində geniş fəaliyyət göstərir. Yerli medianın gücləndirilməsinin əsas prioritetlərdən biri olduğunu bildirən Basa deyib:
"Yerlinin səsini mərkəzə daşıdıq, yerli jurnalistikanın tək olmadığını bütün Türkiyəyə göstərdik.”
O əlavə edib ki, rəqəmsal zorakılıq, kiberzorakılıq, fəlakət jurnalistikası, media savadlılığı, mədəniyyət və turizm jurnalistikası, qastronomiya jurnalistikası, etik prinsiplər, müəllif hüquqları və asılılıqlarla mübarizə sahələrində çoxsaylı layihə və təlim proqramları həyata keçirilib.

TİMBİR Ali Məşvərət Şurasının sədri Seyfullah Hacımüftüoğlu isə çıxışında bildirib ki, birlik yarandığı gündən etibarən davamlı inkişaf yolu keçərək güclü institusional quruma çevrilib. Onun sözlərinə görə, TİMBİR Anadolu boyunca möhkəm təşkilatlanma yaradıb və Türkiyənin hər bölgəsindən media nümayəndələrini eyni çətir altında birləşdirməyi bacarıb.
Hacımüftüoğlu yeni dövrdə daha çox çalışmalı olduqlarını vurğulayaraq bildirib: "Dayandığımız anda hədəfdən uzaqlaşarıq. Pedalı daha sürətlə çevirməliyik. Çünki dünya çox sürətlə dəyişir.”
Digər çıxışçılar da TİMBİR-in üç illik fəaliyyətinin qənaətbəxş olduğunu vurğulayıblar.

Daha sonra TİMBİR-in yeni dövr üzrə İdarə Heyəti, Nəzarət və İntizam Şuraları, Siyasət Məsləhət Şurası, İnternet Etika Şurası, Gənc TİMBİR, GİMER və Media Texnologiyaları Şurası, həmçinin regional rəhbərlərin tərkibi müəyyənləşdirilib.

Qurultayın Divanına Hasan Kartal sədrlik edib. Divanın üzvləri isə Cüneyd Altıparmak, Semra Aman Akyürek və Serkan Kundakçı olublar.

"Yeni Çağ” Media Qrupunun rəhbəri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər növbəti dəfə TİMBİR İdarə Heyətinə seçilib.
İdarə Heyəti (Əsas heyət):
Süleyman Basa (sədr)
Hasan Özdemir (Bursa)
Adil Koçalan (İstanbul)
Aqil Ələsgər (Azərbaycan)
Cengiz Aksan (Şanlıurfa)
Cüneyd Altıparmak (Ankara)
Ercihan Çakmak (Kırıkkale)
Ertan Birinci (KKTC)
Fatih Tüten (Ankara)
Hakan Kandemir (İzmir)
Hasan Cengiz (Kastamonu)
Adem Erdağı (Dənizli)
Hasan Yavuz Bakır (Rizə)
Mehmet Aydın (Aydın)
Menderes Demir (Osmaniyə)
Muammer Baloğlu (Zonquldaq)
Muhammet Kaçar (Ankara)
Nevser Tavgaç Eraslan (Ədirnə)
Osman Ateşli (İstanbul)
Özkan Dikmen (Təkirdağ)
Rıfat Sait (İzmir)
Sait Çetintaş (Samsun)
Selçuk Özdemir (Ərzincan)
Semra A. Akyürek (Balıkəsir)
Tanju Akıncıoğlu (Trabzon)
Veysel Cıncık (Hatay)
Yücel Yalçınkaya (İstanbul)










