Avropa Liqası: “Qarabağ”ın növbəti raunddakı potensial rəqibləri müəyyənləşib

Avropa Liqası: “Qarabağ”ın növbəti raunddakı potensial rəqibləri müəyyənləşib
  • İDMAN

"Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində potensial rəqibləri müəyyənləşib.
Aktual.az-ın məlumatına görə, Azərbaycan çempionu fevralın 23-də keçiriləcək püşkatma mərasimində səpələnməmişlər səbətində yer alacaq.
Qurban Qurbanovun başçılıq etdiyi kolletiv qrup birincilərindən biri ilə qarşılaşacaq. Mümkün rəqiblər "Vest Hem”, "Brayton”, "Liverpul” (hamısı İngiltərə), "Reyncers” (Şotlandiya), "Atalanta” (İtaliya), "Vilyarreal” (İspaniya), "Slaviya” (Çexiya) və "Bayer 04”dür (Almaniya). Rəqibin kimliyindən asılı olmayaraq, "Qarabağ” ilk oyununu evdə keçirəcək.
Qeyd edək ki, 1/8 final mərhələsinin matçları martın 7-də və 14-də keçiriləcək.

Xəbər 134 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR