Avropa İttifaqı qaz istehlakını artırıb

Avropa İttifaqı qaz istehlakını artırıb

Bu ilin avqust ayında Avropa İttifaqında təbii qaz istehlakı illik müqayisədə 5,2% artaraq 16,6 mlrd. kubmetr olub.

Bu barədə Aktual.az Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum - GECF) hesabatına istinadən xəbər verir.

Hesabata görə, tələbatın artımı əsasən elektrik enerjisi istehsalı sektorunda qaz tələbatının daha yüksək olması ilə dəstəklənib. Belə ki, Avropanın böyük hissəsində havanın qeyri-adi dərəcədə isti keçməsi soyutma üçün elektrik enerjisi istehlakının artmasına səbəb olub. Avropa İttifaqında orta temperatur 20,26°C təşkil edib ki, bu da 2025-ci ilin avqust ayındakı göstəricidən təxminən 0,8°C yüksəkdir. Bununla yanaşı, Qərbi, Mərkəzi və Cənubi Avropanın bir sıra ərazilərində istilik dalğası şəraiti müşahidə olunub.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Xəbər 44 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR