AŞPA prezidenti Azərbaycana gəldi

AŞPA prezidenti Azərbaycana gəldi

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt Azərbaycana səfərə gəlib.

Aktual.az Report-a istinadən xəbər verir ki, Avropa rəsmisi martın 1-dək davam edəcək səfər çərçivəsində prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, həmçinin Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək.

Eyni zamanda onun Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin bir sıra nümayəndələri və QHT nümayəndələri ilə görüşü nəzərdə tutulub.

Xatırladaq ki, bu, P.Aqramuntun AŞPA prezidenti kimi Bakıya ilk səfəridir. O, bu posta Assambleyanın yanvardakı sessiyasında seçilib. Daha əvvəl isə P.Aqramunt AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi olub.

Xəbər 349 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR