Ancelina Coli məhkəmədə Bred Pittə qalib gəldi

Ancelina Coli məhkəmədə Bred Pittə qalib gəldi

Hollivud ulduzu Ancelina Coli keçmiş həyat yoldaşı, aktyor Bred Pittlə şəxsi mesajlarının açıqlanması ilə bağlı məhkəmədə qalib gəlib.
Aktual.az xəbər verir ki, bu barədə "People” nəşri məlumat yayıb.
"Mayın 5-i hakim Pittin vəkillərinin vəsatətini rədd edib. Həmin vəsatətdə Colidən onların şərab zavodu ilə bağlı mübahisəsinə aid 22 mesajın təqdim olunması tələb edilirdi.
Colinin vəkillərinin sözlərinə görə, bu mesajlar vəkil-müştəri məxfiliyi ilə qorunur.
Bu qərarla hakim əvvəlki məhkəmə instansiyasının mesajların məcburi təqdim edilməsi ilə bağlı qərarını ləğv edən apellyasiya məhkəməsinin mövqeyini dəstəkləyib”, - məlumatda bildirilib.
Xəbər 41 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR