“Aktrisanı səhnədə soyundursam…” - Xalq artistindən 18+ səhnələrə reaksiya - FOTO

“Aktrisanı səhnədə soyundursam…” - Xalq artistindən 18+ səhnələrə reaksiya - FOTO

Xalq artisti, tanınmış rejissor Cənnət Səlimova teatrda açıq-saçıq səhnələrlə bağlı fikirlərini bölüşüb.


Aktual.az xəbər verir ki, yenicag.az-a açıqlama verən rejissor tamaşaçıya hörmətlə yanaşmağın vacib olduğunu bildirib:

"Tamaşaçıya hər zaman hörmətlə yanaşmaq lazımdır. Avropada normal qəbul edilən hansısa erotik səhnə Azərbaycan tamaşaçısı üçün təhqir kimi qəbul edilə bilər. Buna görə də tamaşaçı ilə hesablaşmaq lazımdır. Aktyoru, aktrisanı da pis vəziyyətdə qoymaq olmaz. Mən aktrisanı səhnədə soyundursam, onun sonrakı aqibəti necə olar bəs? Şəhərdə onu barmaqla göstərərlər. Buna görə də aktrisanı mentalitetdən qorumalıyam. Parisdə qoyulan tamaşa Azərbaycanda səhnələşdirilə bilməz. Olar e... Amma valideyn övladı ilə tamaşaya gəlib baxırsa, onu niyə təhqir etməliyəm?"

 â€œAktrisanı səhnədə soyundursam…” - Xalq artistindən 18+ səhnələrə reaksiya - FOTO
Aktual.az 
Xəbər 1812 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR