Aİ-nin nümayəndəsi: “Rusiya əleyhinə sanksiyaların uzadılmasının tərəfdarıyıq”

Aİ-nin nümayəndəsi: “Rusiya əleyhinə sanksiyaların uzadılmasının tərəfdarıyıq”
  • DÜNYA

“Avropa İttifaqının bütün üzv dövlətləri Rusiyaya qarşı iqtisadi sanksiyaları daha yarım il müddətinə uzatmaq barədə yekdil fikirdədirlər. Bu məsələ Aİ-nin sammitində müzakirə olunmayacaq”.

Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Aİ-nın adının çəkilməsini istəməyən yüksək çinli nümayəndəsi deyib. “Mən hər hansı müzakirənin olacağını gözləmirəm. Bəlkə də yanılıram, lakin mən bunu ölkələrin nümayəndələr arasındakı danışıqlara əsasən söyləyirəm”, - deyə o, bildirib.

Mənbə əlavə edib ki, Minsk razılaşmalarının yerinə yetirilməsi ilə sanksiyaların uzadılması arasındakı əlaqə hələ də aktuallığını qoruyub saxlayır: “Bu isə o deməkdir ki, 28 lider qarşıdakı 6 ay müddətində sanksiyaların uzadılmasını dəstəkləyəcək”.

Xəbər 232 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR