ABŞ-la bağlı qorxunc PROQNOZ: Güclü vulkan püskürməsi olacaq

ABŞ-la bağlı qorxunc PROQNOZ: Güclü vulkan püskürməsi olacaq

ABŞ-da Havay vulkan rəsədxanasının mütəxəssisləri yaxın həftələrdə güclü vulkan püskürməsinin baş verəcəyini proqnozlaşdırır.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, gözlənilən püskürmə ətraf bölgələri 10-12 tonluq daş parçaları ilə "bombardman" edəcək.
Bundan başqa, 32 kilometr radiusa kül sovrulması gözlənilir. Mütəxəssislər bu faciəvi püskürmənin dəqiq tarixini müəyyən edə bilməsələr də, yaxın bir neçə həftə ərzində baş verə biləcəyini deyib.
Qeyd edək ki, Havay adalarında yerləşən Kilauea vulkanı ötən həftə aktivləşib. Bir neçə gün əvvəl vulkanın püskürməsi nəticəsində onlarla tikili dağılıb, 1700 nəfər təxliyə olunub.
Havay rəhbərliyi əhalini hər an təxliyəyə hazır olmağa tapşırıb.
 
Aktual.az
Xəbər 584 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR