ABŞ-dan İrana qarşı növbəti sanksiya...

ABŞ-dan İrana qarşı növbəti sanksiya...
  • DÜNYA

ABŞ İrana qarşı sanksiyalar çərçivəsində 14 fiziki şəxs və 5 şirkəti sanksiya siyahısına daxil edib.

Aktual.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında məlumat yerləşdirilib.

Sanksiyalara İraq, BƏƏ, Suriya və Livan vətəndaşları məruz qalıb. Siyahıya daxil edilən şirkətlər isə İraq, BƏƏ və Livanda qeydiyyatdan keçib.

Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiya siyahısında olan şəxslərlə maliyyə əməliyyatlarının aparılmasına icazə verən lisenziyaların verilməsi qaydasında dəyişiklik edildiyini açıqlayıb.
Xəbər 37 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR