ABŞ-dakı Rusiya aktivlərinə həbs qoya bilər

ABŞ-dakı Rusiya aktivlərinə həbs qoya bilər

ABŞ Rusiyanın 60 Rusiyalı diplomatın ölkədən çıxarılmasına istənilən cavabına hazırdır.
 
Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman "RBK” kanalına müsahibəsində bildirib.

Səfir ABŞ-ın Rusiyanın "Skripal işi” ilə əlaqədar 60 rus diplomatının ölkədən çıxarılmasına görə verə biləcəyi hər bir cavaba hazır olduğunu bildirib. Onun sözlərinə görə, bu tədbirlər ABŞ-dakı Rusiya aktivlərinə həbs qoyulması və hətta Rusiya vətəndaşları üçün visa rejminin sərtləşdirilməsini də özündə əks etdirə bilər.
"Əlbəttə bunlar mümkündür. Bundan sonra nələr baş verəcək, mən sizə dəqiq deyə bilmərəm. Bütün bunlar Rusiyanın cavabından asılı olacaq və mənim bunun nələrdən ibarət olacağı barədə xəbərim yoxdur” – Hantsman vurğulayıb.
Eyni zamanda səfir ABŞ-ın sanksiya tədbirlərini davam etdirəcəyini də bildirib.
Qeyd edək ki, Rusiya vətəndaşları üçün visa rejiminin sərtləşdirilməsi ilə bağlı Britaniya tərəfi də tədbirlər görməyi planlaşdırır.
 
Aktual.az
Xəbər 300 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR