ABŞ Avropanı Rusiyadan qorumaq üçün hərəkətə keçdi

ABŞ Avropanı Rusiyadan qorumaq üçün hərəkətə keçdi
  • DÜNYA

ABŞ Silahlı Qüvvələrinin Avropadakı komandanlığı köhnə qitə ilə bağlı özünün hərbi strategiyasını yeniləyib.

Aktual.az axar.az-a istinadən bildirir ki, bu barədə informasiyanı Almaniya mətbuatı yayıb. Mətbuat yeni hazırlanan sənəddə əsas altı prioritetin göstərildiyini bildirib:

"Əsas prioritet məsələ rus aqressiyasının qarşısının alınmasıdır. Sənəddə Amerika komandanlığı keçən ili "Soyuq müharibə" dövründən sonra ən çətin dövr kimi xarakterizə edib. Həmçinin son illər ərzində Avropanın təhlükəsizliyinin böyük şəkildə dəyişiklərə məruz qaldığı söylənilib. Buna əsas səbəb kimi Rusiya, daha sonra isə İŞİD terror təşkilatı göstərilib. Yeni hazırlanan strategiya Avropanın birliyi və müstəqilliyinin qorunmasına yönəlib".

Xəbər 347 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR