Sabah bu qəsəbədə qaz olmayacaq

Sabah bu qəsəbədə qaz olmayacaq

Abşeron və Ağdaş magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Aktual.az SOCAR-ın saytına istinadən məlumat verir ki, sabah saat 10:00-dan 18:00-a qədər "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Yeni Zabrat" və Ağdaş magistral qaz kəmərləri sahəsinin "Yaqublu" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində aparılan işlərin Bakı şəhəri Sabunçu rayonunun Yeni Zabrat qəsəbəsinin və Oğuz rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Xəbər 326 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR