13 rusiyalı diplomat Ukraynanı tərk edir

13 rusiyalı diplomat Ukraynanı tərk edir

Ukraynada persona non-qrata elan edilmiş 13 rusiyalı diplomat bu gün ölkəni tərk edəcək.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Ukrayna hökumətinin diplomatlar qarşısında qoyduğu 48 saat müddəti başa çatır.
Rusiyanın Ukraynadakı səfirliyi bəyan edib ki, diplomatlar Ukraynadan həm təyyarə ilə, həm də qatarla çıxarılacaq.

Qeyd edək ki, martın əvvəllərində Böyük Britaniyada Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsi ilə əlaqədar ümumilikdə 23 ölkə Rusiyanın 137 diplomatını ölkədən çıxarıb
 
Aktual.az
Xəbər 331 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR