Azərbaycanda bu ilin yanvar-mart aylarında 1279 əcnəbi Azərbaycan ərazisində daimi yaşama icazəsinin alınması (uzadılması) ilə bağlı müraciət edib.
Aktual.az xəbər verir ki, bu barədə Report-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, müvafiq dövr ərzində daimi yaşama icazəsinin alınması (uzadılması) ilə bağlı müraciət edən əcnəbilər arasında Rusiya, Gürcüstan və Türkiyə vətəndaşları üstünlük təşkil edib.
Xəbər 61 dəfə oxunub.