Ukrayna Azərbaycanlılarının rəhbəri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb

Ukrayna Azərbaycanlılarının rəhbəri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb
  • DÜNYA

Fevralın 9-da Ukrayna Millətlər Assambleyasının rəhbəri, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev Ukraynada rəsmi səfərdə olan Türkiyə Cümhuriyyəti Xarici İşlər Naziri Cənab Mövlud Çavuşoğlu ilə görüşüb. Görüş zamanı Türkiyə və Ukrayna münasibətləri və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Ukraynada yaşayan bütün millətlər, xüsusilə də azərbaycanlılar adından Türkiyə XİN rəhbərinə minnətdarlığını bildirən Rövşən Tağıyev Türkiyənin hər zaman Ukrayna və Azərbaycanı dəstəklədiyini, habelə ölkələrin əraiz bütövlüyü məsələsində rəsmi Ankaranın prinsipial mövqe tutduğunu bildirib.  Rövşən Tağıyev Türkiyə XİN rəhbərinə bildirib ki, Azərbaycan diaspora Ukraynadakı Türkdilli xalqlar arasında sayca ay böyükdür və Ukraynanın citimai-siyasi həyatından mühüm rol oynayırlar.


Görüş zamanı bildirilib ki, Türkiyə xalqı hər zaman tale yüklü məsələlərdə Ukraynadakı Azərbaycan diasporunun dəstəyinə əmin ola bilər.


Qeyd edək ki, görüşdə Türkiyənin Ukraynadakı səfiri Yonet Tezel, Ukrayna İqtisadi İnkişaf Nazirinin müvini Titarçuk Mixail və Ukrayna Millətlər Şurasının sədr müavini Timur Masautov iştirak ediblər.



Xəbər 747 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR