Ronaldonun reklam gəlirləri təəccübləndirdi

Ronaldonun reklam gəlirləri təəccübləndirdi
  • İDMAN

"Real Madrid” klubunun futbolçusu Kriştiano Ronaldonun ötən ilki qazancının məbləği açıqlanıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, 2016-cı ildə 442 milyon funt sterlinq əldə edib. Ronaldo bu gəliri siması olduğu "Nike" firmasının reklamından qazanıb.

O, brendi sosial mediada reklam edərək 1703 dəfə firmanın adını çəkib. Bu il isə bu məbləğin iki qat artacağı gözlənilir.

Xatırladaq ki, 2003-cü ildən "Nike"la əməkdaşlıq edən Ronaldo ötən il firma ilə ömürlük müqavilə bağlayıb. O, bundan başqa öz adına olan "CR7" alt paltarı brendini də reklam edir.
 
Aktual.az
Xəbər 635 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR