"Qarabağ" 3 milyon avroya futbolçu TRANSFER EDİR

  • İDMAN

"Qarabağ" braziliyalı futbolçu transfer edir. Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Məlumata görə, "Qarabağ" PAOK-un futbolçusu Pedro Enrikeni transfer etməyə çalışır. Həmkarlarımız iddia edir ki, braziliyalını bir illik icarəyə götürmək və sonradan 3 milyon avro ödəməklə transfer hüququnu almaq istəyir.
Pedro Enrike Braziliyanın "Avenida" və "Kaxias" klublarında oynadıqdan sonra - 2012-ci ildə İsveçrənin "Sürix" klubuna keçib. O, 2014-cü Fransanın "Renn" klubuna 400 min avroya transfer olunb. PAOK isə bu ilin yanvarında 27 yaşlı yarımmüdafiəçini 1,6 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 3 milyon avro qiymət qoyub. (fanat.az)
 
Aktual.az
Xəbər 487 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR