Kamran Ağayev Çexiya klubunda

Kamran Ağayev Çexiya klubunda

Milli komandamızın qapıçısı Kamran Ağayevin yeni komandasının adına aydınlıq gəlib.

Aktual.az  apasport.az-a istinadən xəbər verir ki, təcrübəli oyunçu bundan sonra bu ölkədə çıxış edəcək.

O, "Mlada Boleslav" klubu ilə anlaşıb. Bu barədə Çexiya televiziyasına klubun prezidenti Josef Dufek açıqlama verib.
 
Klub rəsmisi bildirib ki, iki oyunçu - rusiyalı hücumçu Nikolay Komliçenko və azərbaycanlı qapıçı Kamran Ağayevlə anlaşma əldə ediblər.
 
Hər iki futbolçunun keçidi bu gün rəsmiləşəcək.
 
Aktual.az 
Xəbər 493 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR