İŞİD lideri Bağdadi öldürülüb? - Rusiya Müdafiə Nazirliyi

 İŞİD lideri Bağdadi öldürülüb? - Rusiya Müdafiə Nazirliyi

Rusiya Müdafiə Nazirliyi mayın 28-də Rusiya Hərbi-Hava Qüvvələrinin zərbələri nəticəsində İŞİD terror təşkilatının lideri Əbubəkr Əl-Bağdadinin mümkün məhvi haqqında məlumatları yoxlayır.

Publika.az xəbər verir ki, bu haqda "RİA-Novosti” agentliyi idarənin mətbuat xidmətinin məlumatına istinadən bildirib.
"Məlumatlara görə, hava zərbələri ilə vurulan müşavirədə İŞİD lideri Əbubəkr əl-Bağdadi də iştirak edirdi. İnformasiya müxtəlif kanallar üzrə yoxlanılır”, - idarənin xəbərində deyilir.
Müdafiə Nazirliyindən bildiriblər ki, Rakka yaxınlığında hava hücumu nəticəsində İŞİD-in "hərbi şura”sına daxil olan 30 səhra komandiri və onların 300-ə qədər şəxsi mühafizəçisi məhv edilib.
 
Aktual.az
Xəbər 369 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR