Ermənistan prezidentinin səhhəti ağırlaşdı

Ermənistan prezidentinin səhhəti ağırlaşdı
  • DÜNYA

 Ermənistan prezidenti Serj Sarqsyanın səhhəti ağırlaşıb və xəstəxanaya yerləşdirilib.

"Report” xəbər verir ki, bunu "Jamanak” qəzeti yazıb.
Qəzetin məlumatına görə, S.Sarqsyan yeni il başlayandan ictimaiyyət arasında görünməyib. Onun hazırda "Nairi” Tibbi Mərkəzində müalicə aldığı bildirilib.
Qəzetin yazdığına görə, səhhətində yaranmış problem səbəbindən S.Sarqsyan yanvarın 5-də qəndildəki şamın yandırılması və yanvarın 6-da Milad bayramı ilə bağlı duanın oxunması mərsimində iştirak etməyib. 
Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan isə S.Sarqsyanın səhhətində problem yarandığını təsdiqləyib: "Yeni il bayramında prezident Serj Sarqsyana yüngül soyuq dəyib. O, bu müddət ərzində evdə olub”.
Xəbər 438 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR