Çempionlar Liqasının ən gözəl qolu seçildi - VİDEO

Çempionlar Liqasının ən gözəl qolu seçildi - VİDEO
  • İDMAN

Çempionlar Liqasında qrup mərhələsinin ən gözəl qolları müəyyənləşib.

Aktual.az Apasport.az-a istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğunun qalibi "Beşiktaş”ın hücumçusu Cenk Tosun olub.
Türkiyə millisinin üzvünün I turda "Porto” ilə səfər qarşılaşmasında uzaq məsafədən vurduğu qol respondentlərin 44% səsini toplayıb. Maraqlıdır ki, Cenk ən yaxın izləyicisi Qaret Beyli 30% səs qabaqlayıb. "Real”ın futbolçusunun Dortmund "Borussiya”sı ilə səfərdə vurduğu top da azarkeşlərin rəğbətini qazanıb.
İlk "üçlüy”ü "Atletiko”nun hücumçusu Antuan Qrizmanın V turda "Roma” ilə ev matçında vurduğu qol qapayıb. Azərbaycan çempionu "Qarabağ”ın yer aldığı C qrupunda vurulan daha iki qol ilk "altılığ”a düşüb. Belə ki, "Roma”nın ön xətt oyunçuları Edin Dzeko və Stefan El-Şaaravinin "Çelsi” ilə görüşlərdəki qolları bəyənilənlər sırasında olub.
1. Cenk Tosun ("Beşiktaş”) – 44%
I tur. "Porto” – "Beşiktaş” – 1:3
2-ci qol
2. Qaret Beyl ("Real”) – 14%
II tur. "Borussiya” – "Real” – 1:3
1-ci qol
3. Antuan Qrizman ("Atletiko”) – 13%
V tur. "Atletiko” – "Roma” – 2:0
1-ci qol
4. Sadio Mane ("Liverpul”) – 12%
VI tur. "Liverpul” – "Spartak” – 7:0
4-cü qol
5. Edin Dzeko ("Roma”) – 9%
III tur. "Çelsi” – "Roma” – 3:3
2-ci qol
6. Stefan El-Şaaravi ("Roma”) – 8%
IV tur. "Roma” – "Çelsi” – 3:0
1-ci qol



Xəbər 436 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR