Böyükağa Hacıyev vəfat etdi

Böyükağa Hacıyev vəfat etdi

AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev vəfat edib.

Bu barədə "Report”a onun oğlu Yusif Hacıyev məlumat verib.
Qeyd edək ki, B.Hacıyev bu il fevralın 8-də infarkt keçirib. Onun ürəyinə Mərkəzi Klinik Xəstəxanada iki stend qoyulmuşdu.
Xatırladaq ki, 20 aprel 1959-cu ildə Naxçıvanda anadan olan Böyükağa Hacıyev 2006-cı ildə "Bakı" klubuna Azərbaycan çempionluğu, 2012-2013 və 2013-2014 mövsümlərində "Neftçi"yə Azərbaycan çempionluğu və ölkə kubokunu qazandırıb. Bundan başqa, Hacıyev tarixdə ilk dəfə "Neftçi"ni 2012-2013 mövsümündə Avropa Liqasının qrup mərhələsinə çıxarıb.
Allah rəhmət eləsin!
Xəbər 509 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR