Azərbaycan Premyer Liqasında II tura start veriləcək

Azərbaycan Premyer Liqasında II tura start veriləcək
  • İDMAN

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start veriləcək.

Aktual.az  "Report”a istinadən xəbər verir ki, ilk oyun gününə təyin edilən matçlar Bakıda baş tutacaq.
Həftənin açılış oyununda debütant "Səbail” ilə elitanın ən qocaman komandası "Neftçi” üz-üzə gələcəklər. Yeni mövsümə məğlubiyyətlə başlayan kollektivlər arasında ilk duel kimi tarixə düşəcək görüş "Dalğa Arena”da keçiriləcək.
Qarşılaşma "Səbail”in baş məşqçisi Samir Əliyev üçün xüsusi önəm daşıyır. O, paytaxt klubunun sabiq futbolçusu olmaqla yanaşı, əsas və əvəzedici komandasına rəhbərlik də edib.
Günün digər qarşılaşması çempion "Qarabağ”la bürünc mükafatçı "İnter” arasında olacaq. Ağdam təmsilçisi hazırda yüksəlişdə olduğu halda, "ağ-göylər” çətin günlərini yaşayırlar. Bu isə oyunun nəticəsinə də təsirsiz ötüşməməlidir. Hərçənd Qurban Qurbanovun əsas futbolçuları avqustun 23-də Çempionlar Liqasının "pley-off” mərhələsində "Kopenhagen”ə qarşı görüş üçün qoruması da mümkündür.
Azərbaycan Premyer Liqası
II tur
19 avqust (şənbə)
18:00. "Səbail” – "Neftçi”
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, İsgəndər Əliyev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Füzuli Nəcəfov
"Dalğa Arena”
20:00. "Qarabağ” – "İnter”
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Elman Musayev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Murad Məmmədov
"Azersun Arena”
20 avqust (bazar)
17:00. "Kəpəz” – "Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Vüsal Qənbərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Yevlax şəhər stadionu
20:00. "Qəbələ” – "Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Ömər Paşayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ şəhər stadionu

Xəbər 381 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR