Zurufçudan prezidentə müraciət - 250 min dolları batıb

Zurufçudan prezidentə müraciət   - 250 min dolları batıb

Əməkdar artist Yaqub Zurufçu prezident İlham Əliyevə müraciət edib.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, əməkdar artist müraciətində bankda batan əmanətlərinin qaytarılması üçün prezidentdən kömək istəyib: “Amerika Birləşmiş Ştatlarından vətənimizə köçmüşəm. Bakıya gələndə əlimdə olan 250 000 dollar məbləği "Royal Bank"a əmanət qoydum. Bank bağlandıqdan sonra qoyduğum əmanət də bankda həbs olundu. Bakıda qərib olduğumdan və heç bir yerdə işləmədiyimdən maddi durumumu da heç kəsə deyə bilmərəm. Məsələylə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etmişəm, amma heç bir nəticəsi olmayıb. Xahiş edirəm bu məsələyə diqqət göstərəsiniz”.

Xəbər 341 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR