Zidan dostunu köməkçi götürdü

Zidan dostunu köməkçi götürdü
  • İDMAN

İspaniyanın "Real Madrid" klubuna baş məşqçi təyin olunan Zinəddin Zidanın ilk köməkçisi müəyyənləşib.

Aktual.az goal.az-a istinadən xəbər verir ki, bu, fransalının "Kastilya"da birgə çalışdığı David Bettonidir.
As nəşrinin iddiasına əsasən, klub prezidenti Florentino Peres Zidana etibar edəcəyi adamı köməkçi götürməyi tapşırıb. 43 yaşlı mütəxəssisin isə seçimi Bettoni olub. Digər köməkçiləri isə rəhbərlik təyin edəcək.
Xatırladaq ki, Zidan və Bettoni "Kastilya"da birgə çalışmaqdan əlavə, 1990-cı ildə Almaniyanın "Kann" klubunda forma geyiniblər.

Xəbər 502 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR