Zibilxanada 24 nəfər itkin düşdü

Zibilxanada 24 nəfər itkin düşdü

Qvatemala paytaxtının ən böyük zibilxanasında ciddi insan tələfatı ilə nəticələnən hadisədə ölənlərin sayı artıb.

Aktual.az atv.az-a istinadən bildirir ki, məişət tullantılarının çökməsi nəticəsində azı 4 nəfər ölüb, onlarla insan itkin düşüb. Hər gün 500 maşın tullantının atıldığı zibilxananada bəziləri istifadəyə yararlı məhsulları toplayaraq satışa çıxarırdı. Zibilxanaya cəlb olunan xilasedicilər tullantılar arasında itkin düşən azı 24 nəfəri axtarır.

15 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xilas olduğu hadisədən sonra axtarışlar, hələ ki, bir nəticə vermir. Bəzi mənbələr itkin düşən sakinlərin sayının daha çox olduğunu yazır. Zərərçəkənlərin bir çoxu əlaqədar qurumların icazəsi ilə zibilxanaya buraxılsa da, xeyli sayda insanın gizli yolla əraziyə daxil olduğu güman edilir.

Xəbər 744 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR