Birləşmiş Ərəb Əmirlikləri və Efiopiya Xartum Beynəlxalq Hava Limanına və ətraf ərazilərə PUA hücumunda iştirak edib.
Aktual.az xəbər verir ki, bu barədə Sudan mediası məlumat yayıb.
"Sudan PUA-ların Efiopiya ərazisindən buraxıldığına və BƏƏ-nin avadanlıqları ilə təchiz edildiyinə dair təkzibolunmaz sübutlara malikdir”, - məlumatda deyilib.
Qeyd edək ki, hadisədən sonra Sudan Efiopiyadakı səfirini geri çağırıb və mümkün hərbi cavab barədə xəbərdarlıq edib.
Xəbər 49 dəfə oxunub.