Hörmüz boğazı ilə bağlı yeni tənlik formalaşma mərhələsindədir.
Aktual.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf özünün X səhifəsində yazıb.
"ABŞ və onun müttəfiqləri atəşkəsi pozmaq və blokada tətbiq etməklə gəmiçilik və enerji daşımalarının təhlükəsizliyini təhlükə altında qoyublar. Əlbəttə ki, onların şəri azalacaq.
Biz çox yaxşı bilirik ki, mövcud vəziyyətin davam etməsi ABŞ üçün dözülməzdir. Halbuki biz hələ heç başlamamışıq”, - o bildirib.
Xəbər 33 dəfə oxunub.