Pakistanın xahişi ilə bu layihəni dayandırdıq - Tramp

Pakistanın xahişi ilə bu layihəni dayandırdıq - Tramp

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında "Azadlıq layihəsi"nin dayandırıldığını elan edib.
Aktual.az xəbər verir ki, bu barədə Tramp özünün "Truth Social” səhifəsində məlumat yayıb.
"Pakistanın və digər ölkələrin xahişi ilə İrana qarşı kampaniyada əldə etdiyimiz böyük hərbi uğurları və Tehran nümayəndələri ilə tam və yekun razılaşmaya nail olmaqda əldə etdiyimiz əhəmiyyətli irəliləyişi nəzərə alaraq, qərara gəldik ki, blokada tam qüvvədə qalsa da, "Azadlıq layihəsi" qısa müddətə dayandırılsın”, - Tramp bildirib.
Qeyd edək ki, ABŞ-ın Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin etmək məqsədi daşıyan "Azadlıq layihəsi" əməliyyatına başlamışdı.
Xəbər 35 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR