Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Xarici İşlər Nazirliyində Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qarşılayıb.
Aktual.az xəbər verir ki, bu barədə XİN-in "X” hesabında bildirilib.
Qeyd edilib ki, səfər dəyişən regional və qlobal dinamika fonunda Azərbaycan–Aİ əlaqələrinin və dialoqunun əhəmiyyətini vurğulayır.
"Bu, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında əməkdaşlığın genişləndirilməsi üçün bir fürsət yaradır”, - məlumatda qeyd olunub.
Xəbər 31 dəfə oxunub.