Zabit Səmədov öcünü aldı - VİDEO

Zabit Səmədov öcünü aldı   - VİDEO
  • İDMAN

Qroznı şəhərində "Qroznaya bitva - 13" adlı döyüş gecəsi çərçivəsində "Axmat" klubunu təmsil edən dünya və Avropa çempionatlarının, müxtəlif Qran-prilərin qalibi olmuş azərbaycanlı döyüşçüZabit Səmədov bir neçə dəfə dünya çempionu olmuş, Polşa əsilli, Avstraliyanı təmsil edən Pol Slovinski üzərində qələbə qazanıb.

Aktual.az "Report"a istinadən xəbər verir ki, ilk olaraq qələbə münasibəti ilə Zabit Səmədovu Rusiya Federasiyası Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov təbrik edib.

Gecədə ümumilikdə 10 döyüş keçirilib, onlardan 7-si MMA seriyası üzrə, 3-ü K-1 versiyası üzrə.
Gecənin əsas döyüşü K-1 üzrə keçirilib və revanş anlamı daşıyırdı. Xatırladaq ki, 2007-ci ildə К-1 üzrə Amsterdam Qran-prisində "Mauqli" ləqəbli azərbaycanlı idmançı Slovinski ilə döyüşdə üstünlük əldə edərək onu nokdauna göndərsə də sonda məğlub olmuşdu.

Ötən gecəki döyüşdə isə Z.Səmədov Pol Slovinskidən qələbəni qoparmağı bacardı.

Xəbər 744 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR