Yüzlərlə azərbaycanlı Avropa ölkələrində deportasiyanı gözləyir

Yüzlərlə azərbaycanlı Avropa ölkələrində deportasiyanı gözləyir

Azərbaycanın da imzaladığı readmissiya haqqında saziş çərçivəsində yüzlərlə azərbaycanlı Avropa İttifaqı ölkələrindən deportasiya edilməyi gözləyir.

Aktual.az  "Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, bu barədə dünya KİV-də son məlumatları şərh edərkən miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov bəyan edib. 

Dünya KİV-nin məlumatına görə, Almaniyanın hökumət başçısı Angela Merkel 2017-ci ilin sonuna qədər Almaniya ərazisini 100 minə yaxın Asiya və Afrikadan olan mühacirlərin tərk edəcəyinə ümid edir. 

Kansler bəyan edib ki, Almaniyada yaşamaq hüququnu əldə edə bilməyən mühacirlər ölkəni tərk etməlidirlər. İlkin məlumata görə, 100 minə yaxın adam respublikada yaşamaq hüququnu əldə edə bilməyəcək, hakimiyyət  isə onların vətənə qayıtmasına nəzarət üçün maksimum səy göstərəcək. Kansler vurğulayıb ki, əsas narahatçılığa Əfqanıstandan olan köçkünlər səbəb olur. 

Bununla yanaşı, Allahverənovun sözlərinə görə, Avropa İttifaqı ölkələrinin ərazisində yaşayan azərbaycanlıların müəyyən hissəsi Azərbaycana deportasiya ediləcəklər, belə ki, onlar bu ölkələrdə qanunsuz yaşayırlar. 

"Avropa İttifaqı və Azərbaycan arasında readmissiya haqqında saziş imzalanıb. 2014-cü ildən başlayaraq bu saziş çərçivəsində Avropa İttifaqı ölkələrində qanunsuz yaşayan mühacirlər geri - vətənlərinə qaytarılırlar. 2016-cı ilin sentyabr ayında Azərbaycana 421 nəfər geri qaytarılıb”, - ekspert deyib.

Bununla yanaşı, Allahverənov qeyd edib ki, yalnız azərbaycanlılar deyil, eləcə də Gürcüstan, Ermənistan, Ukrayna və digər ölkələrin vətəndaşları readmissiya haqqında saziş çərçivəsində Avropa ölkələrindən deportasiya edilirlər. Allahverənovun sözlərinə görə, vətənə deportasiya edilən azərbaycanlılar ölkədə iqtisadi və sosial problemlərin artmasına təsir etməyəcəklər, belə ki, onların sayı çox deyil. 
 
Aktual.az 
Xəbər 351 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR