Yusif Səfərov küçəsində nəqliyyatın hərəkəti bərpa olunub

Yusif Səfərov küçəsində nəqliyyatın hərəkəti bərpa olunub

Bakının təmirə dayanan əsas yollarından biri yenidən istifadəyə verilib.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, bu barədə  "Azəravtoyol" ASC-nin mətbuat katibi Anar Nəcəfli bildirib.
Aprelin 9-dan axşam saat 21:00 radələrində Yusif Səfərov küçəsində nəqliyyatın hərəkəti bərpa edilib.
Xatırladaq ki, bir müddət əvvəl Yusif Səfərov küçəsi yenidənqurma işləri ilə əlaqədar nəqliyyatın hərəkəti üçün məhdudlaşdırılıb və bu, paytaxtda ciddi tıxaclara səbəb olub.
 
Aktual.az
Xəbər 183 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR