Yunanıstanda meşə yanğınları nəticəsində ölənlərin sayı 50-yə çatıb

Yunanıstanda meşə yanğınları nəticəsində ölənlərin sayı 50-yə çatıb

 Yunanıstanda güclü meşə yanğınları nəticəsində ölənlərin sayı 50-yə çatıb.

Bu barədə "Report" RT-yə istinadən xəbər verir.
Daha əvvəl 24 nəfərin öldüyü barədə məlumat verilsə də, paytaxt Afinanın şərqindəki Rafina şəhəri yaxınlığında daha 26 ölü cəsəd tapılıb.

***
Afinada meşə yanğınları nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə Greek Reporter qəzeti məlumat yayıb.

***

Afinanın yaxınlığındakı meşə yanğınları nəticəsində ən azı 20 nəfər ölüb, daha 69 nəfər xəstəxanaya yerləşdirilib. 
"Report" xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

*** 

 Afina yaxınlığında güclü meşə yanğını nəticəsində azı iki nəfər həlak olub, daha 20 nəfər yaralanıb. 
"Report"un xəbərinə görə, bu barədə SKAI telekanalı məlumat verib. 
Ölkənin təcili tibbi yardım Milli mərkəzinin rəhbəri Qeorqiaso Matiopulosun sözlərinə görə, iki nəfərin meyiti xilasedicilər tərəfindən paytaxtdan şimal-şərqdə yerləşən dəniz kurortlarında aşkar ediblər.
Bildirilir ki, güclü külək yanğının söndürülməsinə daha da çətinləşdirib.
 
Aktual.az
Xəbər 266 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR