Yollarda gizli radar var, nişanı yox - VİDEO

Yollarda gizli radar var, nişanı yox  - VİDEO

Bakıda gizli yol polisi xidmətinin işə başlaması ilə əlaqədar xəbər vermişdik. Xəbəri izləyən sürücülər bunun qanuna zidd olduğunu deyirlər. Bildirirlər ki, əgər həmin gizli patrul avtomobilində radar varsa, onu bildirən nişan niyə yoxdur? Məsələyə Baş Dövlət Yol Polisi İdarəsi aydinlıq gətirib.

Aktual.az Xəzər Xəbər-ə istinadən məlumat verir ki, söhbət bu həftənin əvvəlindən işə başlayan gizli yol polisinin xidmətindən gedir. Sürücülər narazılıq edir ki, gizli yol patrul avtomobillərində radar olacağı təqdirdə radarı bildirən nişan da olacaqmı?

Yol hərəkəti haqqında qanunda da göstərilir ki, avtomobillərin hərəkət sürətini ölçən radardan, yaşayış məntəqəsi olmayan yerdə 150-1000, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda radar bildirəm işarə olmalıdır. Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə isə, yollarda maksimum sürət göstərən nişanlar varsa sürücü ona əməl etməlidir.

Nəqliyyat eksperti də sürücülərin narazılığını haqlı sayır. Ziddiyətin aradan qaldırılması üçün ekspert radardan qabaq qoyulmuş nişanların ləğv edilməsini təklif edir.

// Aktual.az

Xəbər 4542 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR