Yer kürəsinin yaxınlığından daha bir asteroid keçib

Yer kürəsinin yaxınlığından daha bir asteroid keçib

Yer kürəsinin 441 min kilometr məsafəsindən "2015 EG" asteroidi keçib.

"Report” "Space.com"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) məlumat yayıb.
42 metrədək ölçüyə malik asteroid ilk dəfə NASA tərəfindən 2015-ci ildə müşahidə olunub.
Qeyd edək ki, "Catalina Sky Survey” tədqiqat proqramı çərçivəsində bu ilin fevral ayının 11-də "2019 CN5" asteroidinin Yer kürəsindən cəmi 118,2 min kilometr, ayın 15-də isə "2019 CS5" asteroidinin 400 min kilometr məsafədə keçdiyi bildirilir.
Xəbər 284 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR