Yeni körpü salınır

Yeni körpü salınır

Siyəzən rayonu ərazisində yeni körpü və “Qalaaltı” istirahət kompleksi istiqamətində çəkiləcək yeni yolun tikintisi ilə əlaqədar yol ötürücülərinin inşasına başlanılıb.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tikinti Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 115-ci kilometrində aparılacaq. Sözügedən ərazidə “Qalaaltı” istirahət kompleksi istiqamətində çəkiləcək yeni yolla yanaşı həmçinin 5 yol ötürücüsünün inşası nəzərdə tutulub. Birinci yol ötürücüsünün tikintisinə bu ilin noyabrından “Körpü-Bina-Tikinti” MMC tərəfindən start verilib. Hazırda 70 metr uzunluğunda olacaq ikiaşırımlı körpünün dayaqları inşa edilir. Yeni yol hələ layihələndirmə mərhələsindədir.

Xəbər 550 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR