Nepal bu ölkələrin yardımından imtina etdi

Nepal bu ölkələrin yardımından imtina etdi

Nepal hökuməti daşqından sonra ölkəyə xarici xilasedici qrupların göndərilməsi ilə bağlı bir sıra dövlətlərin təklifini rədd edib.

Aktual.az xəbər verir ki, bu barədə "Kathmandu Post” məlumat yayıb.

Məlumata görə, hakimiyyət axtarış-xilasetmə əməliyyatlarını ölkənin ordu və polis qüvvələrinin özlərinin həyata keçirə biləcəyini düşünür.

Yardım təklifləri Hindistan, Çin, ABŞ, Böyük Britaniya, Yaponiya, Cənubi Koreya, Şri-Lanka və Banqladeşdən gəlib. Nepal xarici xilasedicilər əvəzinə maliyyə yardımı almağa üstünlük verib.

Bildirilib ki, qərara 2015-ci il zəlzələsi zamanı çoxsaylı xarici xilasedicilərin xilasetmə işlərinin koordinasiyasını çətinləşdirməsi də təsir edib.

Qeyd edək ki, avqustun 26-da Nepalın şimalında Bxote-Koşi çayının yuxarı hissəsində buz və daş kütləsinin sürüşməsi nəticəsində daşqınlar başlayıb.
Xəbər 41 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR