Yeni İnzibati Xətalar Məcəlləsi qəbul edildi

Yeni İnzibati Xətalar Məcəlləsi qəbul edildi

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi layihəsi müzakirəyə çıxarılıb.


Aktual.az-ın "Report"a istinadən xəbərinə görə, layihə barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov məlumat verib.
O bildirib ki, yeni İnzibati Xətalar Məcəlləsi 40 fəsil, 608 maddədən (əvvəlki 35 fəsil, 458 maddə idi) ibarətdir. Yeni məcəllədə bütün maddələr üzrə müvafiq məsələlər ümumiləşdirilib və konkretləşdirilib.
Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.
Qeyd edək ki, layihə təsdiqlənərsə, 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.

Xəbər 586 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR