İsrail İran, HƏMAS və Hizbullaha qarşı mühüm hərbi uğurlar əldə etdiyini desə də, mübarizə hələ bitməyib.
Aktual.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
"Yaxın Şərqdə və dünyada yaşamaq istəyirsinizsə, çox güclü olmalısınız. İsrail əvvəlkindən daha güclüdür və qarşısındakı təhdidləri xeyli zəiflədib. İran oxunun qalıqları ilə bağlı hələ görəcəyimiz işlər var. Eyni zamanda, sülh sazişləri üçün yaranan imkanlardan istifadə etməliyik. Ad çəkmək istəmirəm, çünki nəticə göstərmək istəyirəm. Amma hamı bunu görəcək. Livanla heç kimin gözləmədiyi anlaşmalar var. Digər ölkələrlə də təmaslar aparılır. Hazırda bu barədə ətraflı danışa bilmərəm", - Netanyahu bildirib.
Xəbər 57 dəfə oxunub.