Ümid edirəm ki, gələcəkdə Ankara sammitinə nəzər salan insanlar onu verilən öhdəliklərin həyata keçirildiyi sammit kimi xatırlayacaqlar. Haaqa sammitində vədlər verildi, Ankara sammiti isə bu vədlərin icra olunduğu sammit olmalıdır.
Aktual.az xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte deyib.
"Müdafiə xərcləri həm Haaqa sammitində müzakirə olunub, həm də Ankara sammitinin gündəliyində yer alan üç əsas mövzudan biridir. Bu sahədə avropalı müttəfiqlərin və Kanadanın cəmi iki il ərzində müdafiəyə əlavə 250 milyard dollara qədər vəsait ayırması həqiqətən təsiredicidir.
İkinci prioritetimiz Ukraynaya dəstəyin davam etdirilməsidir.
Üçüncü prioritetimiz isə NATO daxilində daha güclü Avropa demək olan "NATO 3.0" konsepsiyasını formalaşdırmaqdır. Bunun üçün müdafiə sənayesinin istehsal gücünü əhəmiyyətli dərəcədə artırmalıyıq.
Həm ABŞ-da, həm də Avropada bu istiqamətdə görüləcək hələ çox iş var. Təxminən 3 min müdafiə sənayesi şirkətinə malik Türkiyə də bu baxımdan mühüm ölkələrdən biridir”, - o bildirib.
Qeyd edək ki, Ankarada 7-8 iyul tarixlərində NATO sammiti keçiriləcək.
Xəbər 57 dəfə oxunub.