Yazdığı statusa görə 12 milyon qazandı

Yazdığı statusa görə 12 milyon qazandı
  • DÜNYA

Aktual.az axsam.az-a istinadən xəbər verir ki,dünya şöhərtli teleaparıcı Opra Uinfri bir tvit yazmaqla 12 milyon dollar qazanıb.
 
Aparıcı “Tvitter” səhifəsində 13 dəqiqəlik video-çarx yerləşdirərək necə 12 kiloqram itirməsindən danışıb. O, çörəkdən imtina etməyərək, “Weight Watchers” şirkətinin arıqlamaq üçün nəzərdə tutulmuş məhsullarından istifadə yolu ilə artıq çəkilərindən xilas olduğunu bildirib.
 
Bu video-çarxın yayımlanmasından cəmi bir neçə saat sonra isə Opranın reklam etdiyi şirkətin səhmləri 2 dollar bahalaşıb və nəticədə aparıcı şirkətin əlində olan 6 milyon ədəd qiymətli kağızından 12 milyon dollar qazanıb.
 
Bununla da O.Uinfrinin bir tviti onu zəngin edib.
 
Aktual.az
Xəbər 410 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR