Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır - Quterreş

Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır - Quterreş

Yaxın Şərq getdikcə daha da gərginləşən münaqişəyə cəlb olunur və regiondakı vəziyyət nəzarətdən çıxır.
 
Aktual.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.
 
"Vəziyyət nəzarətdən çıxır, ağlasığmaz vəziyyətin astanasındayıq. Region genişlənən qarşıdurma həlqəsinə sürüklənir. Bir böhran digərini qidalandırır. Bir eskalasiya digərini təhrik edir", - deyə o bildirib.
 
BMT rəhbəri əlavə edib ki, geri addım atmağın vaxtıdır və qeyd edib ki, bu münaqişənin hərbi həlli yoxdur.

Xəbər 153 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR