Yaxın Şərqdə və Fars körfəzi bölgəsindəki vəziyyət müharibə ilə sülh arasında keçid mərhələsinin kritik nöqtəsindədir.
Aktual.az xəbər verir ki, bunu Çin lideri Si Szinpin deyib.
"Hərbi əməliyyatlar mümkün qədər tez dayandırılmalıdır. Çünki müharibənin yenidən alovlanmasına yol vermək olmaz.
Münaqişənin tez bir zamanda sona çatması enerji təchizatının sabitliyinə, istehsal və logistika zəncirlərinin davamlılığına və beynəlxalq ticarət nizamına mənfi təsirin azaldılmasına kömək edəcək”, - Çin lideri əlavə edib.
Xəbər 43 dəfə oxunub.